Təchizat üzrə menecer

Bakı

Azparking MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin satınalma və təchizat ehtiyaclarını müəyyən etmək, aidiyyəti struktur bölmələrindən daxil olan satınalma tələblərini təhlil etmək, prioritetləşdirmək və icrasını təmin etmək;
  • Bazar araşdırmaları aparmaq, potensial təchizatçıları müəyyənləşdirmək, kommersiya təkliflərini toplamaq və qiymətləndirmək, müqayisəli təhlillər aparmaq, qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqlar aparmaq, şirkətin ehtiyaclarına ən uyğun təchizatçıların seçilməsinə dəstək vermək;
  • Təchizatçılarla əməkdaşlıq münasibətlərini idarə etmək, onların fəaliyyətini qiymətləndirmək, alternativ təchizat mənbələrini araşdırmaq və etibarlı təchizatçı bazasının formalaşdırılmasına təmin etmək;
  • Satınalma və təchizat proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və səmərəliliyinin artırılması istiqamətində təşəbbüslər irəli sürmək, təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinə dəstək vermək;
  • Satınalma büdcəsinin səmərəli idarə olunmasına dəstək vermək, xərcləri təhlil etmək, optimallaşdırma və qənaət imkanlarını müəyyənləşdirmək;
  • Sifarişlərin icra vəziyyətini mütəmadi izləmək, mal və xidmətlərin müəyyən edilmiş müddətlərdə, keyfiyyət tələblərinə uyğun şəkildə təhvil alınmasına nəzarət etmək;
  • Anbar və aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işləyərək təchizat prosesinin fasiləsizliyinin təmin edilməsinə dəstək vermək;
  • Təchizat proseslərində yarana biləcək riskləri müəyyən etmək, onların minimuma endirilməsi və proseslərin davamlılığının təmin olunması ilə bağlı təkliflər hazırlamaq;
  • Satınalma və təchizat fəaliyyəti üzrə analitik və dövri hesabatlar hazırlamaq, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək;
  • Satınalma fəaliyyəti üzrə sənədləşmənin şirkətin daxili prosedurlarına və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun aparılmasını təmin etmək;
  • Təchizat sahəsində bazar tendensiyalarını və qabaqcıl təcrübələri izləmək, onların tətbiqi ilə bağlı təkliflər vermək.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Təchizat, satınalma və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
  • Satınalma və təchizat proseslərinin idarə olunması üzrə praktik biliklər;
  • ERP sistemləri ilə iş təcrübəsi;
  • Satınalma və təchizat sahəsində beynəlxalq sertifikatlara (məsələn, CIPS, CSCP və s.) malik olmaq üstünlükdür. 
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (ingilis dilində işgüzar yazışma və ünsiyyət bacarığı üstünlükdür).

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN