Su və Kanalizasiya təchizatı üzrə layihəçi mühəndis

Bakı

North West Construction

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Daxili və xarici su təchizatı, kanalizasiya, yağış suyu və drenaj şəbəkələrinin layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.
  • Binadaxili və sahədaxili avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsini idarə etmək.
  • Su, kanalizasiya və drenaj şəbəkələri üzrə hidravlik hesablamaların aparılmasını və yoxlanılmasını təmin etmək.
  • Su anbarları, nasosxanalar və mühəndis-kommunikasiya qovşaqlarının texniki həllərini hazırlamaq.
  • Mühəndis-kommunikasiya xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, elektrik) koordinasiyasını həyata keçirmək.
  • Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.
  • Dövlət qurumları və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.
  • Tikinti mərhələsində layihə müəllif nəzarətini həyata keçirmək.
  • Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq.

Xüsusi tələblər

  • AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı; 
  • texniki sənədlərin hazırlanması üçün Word və Excel.
  • Su-kanalizasiya və yanğınsöndürmə sistemləri üzrə hidravlik hesablamalar üzrə dərin bilik.
  • SNiP, SP, AzDTN və digər normativ bazaya yüksək səviyyədə bələdlik.
  • Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.
  • Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.
  • Su təchizatı və mühəndis-kommunikasiya sistemləri (və ya su təsərrüfatı) üzrə ali texniki təhsil.
  • Sahə üzrə minimum 7–10 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə.
  • Yaşayış binaları, məktəb və bağçalar, nasosxanalar, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN