Şirkətin sosial media strategiyasına uyğun olaraq TikTok və digər qısa video platformaları üçün kreativ video kontentlərin hazırlanmasını və icrasını təmin etmək;
Kontent planına uyğun ideyaların, ssenarilərin və çəkiliş konseptlərinin hazırlanmasında iştirak etmək;
Mobiloqrafiya prinsiplərinə uyğun olaraq mobil cihaz və ya digər çəkiliş avadanlıqları ilə yüksək keyfiyyətli video çəkilişlərini həyata keçirmək;
Çəkilmiş materialların peşəkar montajını, rəng korreksiyasını, səs tənzimlənməsini, subtitrlərin və qrafik elementlərin əlavə edilməsini təmin etmək;
TikTok, Instagram Reels və YouTube Shorts platformalarına uyğun formatlarda kontent hazırlamaq və paylaşmaq;
Platformalarda aktual trendləri, kontent formatlarını və auditoriya davranışlarını mütəmadi izləyərək innovativ həllər təklif etmək;
Marketinq komandası ilə əməkdaşlıq çərçivəsində kampaniya, məhsul təqdimatı, mağaza açılışları və korporativ layihələr üzrə video məzmunlar hazırlamaq;
Hazırlanan kontentin şirkətin brend standartlarına və kommunikasiya strategiyasına uyğunluğunu təmin etmək;
Sosial media hesablarında paylaşım prosesini idarə etmək, paylaşım təqviminə uyğun kontentlərin vaxtında yayımlanmasını təmin etmək;
Kontentin effektivliyini əsas performans göstəriciləri (baxış sayı, izlənmə müddəti, əhatə dairəsi, qarşılıqlı əlaqə və s.) əsasında təhlil etmək və optimallaşdırma üzrə təkliflər vermək.
Xüsusi tələblər
Vacib şərt: Müraciət zamanı namizədin portfolio, showreel və ya idarə etdiyi sosial media hesablarını təqdim etməsi mütləqdir.
Maraqlanan namizədlər[email protected]email ünvanına “Kontent yaradıcısı” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.