- Data Engineering, Data Quality, Data Governance, Data Warehousing, Business Intelligence və ya əlaqəli sahələrdə 2 il iş təcrübəsi.
- Kompüter elmləri, İnformasiya Texnologiyaları, Mühəndislik, Statistika və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- Məlumatların profilləşdirilməsi, məlumat keyfiyyəti təhlili, scorecard-ların hazırlanması və kök səbəb analizləri üçün mürəkkəb SQL sorğularının, o cümlədən analitik sorğuların yazılması üzrə güclü bilik.
- Avtomatlaşdırma, məlumatların təhlili və emalı üçün Python, PySpark və Spark üzrə yaxşı bilik.
- Ölçü modelləşdirilməsi (Dimensional Modeling), sxem dizaynı (Schema Design), RDBMS sistemləri, Data Warehousing anlayışları, ETL/ELT prosesləri və məlumat inteqrasiyası prinsipləri üzrə yaxşı bilik.
- Həm biznes, həm də texniki maraqlı tərəflərlə effektiv əməkdaşlıq etmək bacarığı.
- Məlumat keyfiyyəti ölçüləri – dəqiqlik (Accuracy), tamlıq (Completeness), ardıcıllıq (Consistency), etibarlılıq (Validity), unikallıq (Uniqueness) və aktuallıq (Timeliness) üzrə yaxşı anlayış.
Üstünlük verilən bilik və bacarıqlar
- Trend analizi, reqressiya analizi və anomaliyaların aşkarlanması da daxil olmaqla statistik metodlar və məlumat analizi texnikaları üzrə bilik.
- Obyektyönümlü Proqramlaşdırma (OOP) və Proseduryönümlü Proqramlaşdırma (POP) konsepsiyaları üzrə anlayış.
- Data Governance çərçivələri üzrə bilik və Informatica, Axon və ya oxşar Data Governance platformaları ilə praktiki iş təcrübəsi.
- Hadoop, Hive, Impala və ya Spark kimi Big Data texnologiyaları ilə iş təcrübəsi.