Risklərin idarəedilməsi departamentinin təhlilçisi

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fondun uzunmüddətli investisiya strategiyasının formalaşdırılmasında mühüm rol oynayan strateji aktiv bölgüsü üzrə araşdırmalarda iştirak edərək müxtəlif investisiya imkanlarının portfelin gəlirliliyinə, riskinə və dayanıqlılığına təsirinin qiymətləndirilməsi;
  • İnvestisiya və risklərin idarə edilməsi sahəsində qabaqcıl metodologiyaları, analitik yenilikləri və inkişaf edən yanaşmaları izləməklə onların Fondun investisiya prosesində tətbiqi imkanlarının araşdırılması;
  • Müxtəlif investisiyaların risk və gəlirlilik xüsusiyyətlərinin təhlili və onların ümumi portfelə töhfəsinin qiymətləndirilməsi;
  • Maliyyə bazarlarında, makroiqtisadi mühitdə və geosiyasi proseslərdə baş verən dəyişikliklərin investisiya portfelinə mümkün təsirinin araşdırılması;
  • Portfelin və ayrı-ayrı aktiv siniflərinin gəlirliliyini müvafiq bençmarklarla müqayisə edərək əsas risk göstəricilərinin təhlili, stress-test və ssenari təhlillərin aparılması və nəticələri dövri analitik hesabatlar vasitəsilə təqdim edilməsi;
  • Analitik və texnoloji vasitələrdən, o cümlədən süni intellekt alətlərindən istifadə etməklə hesablama, təhlil və hesabat proseslərinin səmərəliliyinin artırılmasında iştirak;

Xüsusi tələblər

  • Maliyyə bazarları, investisiya alətləri, portfel idarəçiliyi və risklərin idarə edilməsi üzrə yaxşı nəzəri biliklər;
  • Statistik və riyazi metodlardan istifadə etməklə maliyyə məlumatlarını təhlil etmək, nəticələri düzgün şərh etmək və əsaslandırılmış qənaətlər formalaşdırmaq bacarığı;
  • Risk və gəlirlilik göstəriciləri, maliyyə modelləri və portfel təhlilinin əsas prinsipləri üzrə biliklər;
  • Risklərin idarə edilməsi, investisiya təhlili, portfel analitikası, gəlirliliyin ölçülməsi və ya əlaqəli sahədə müvafiq təcrübə üstünlükdür;
  • İqtisadi və makroiqtisadi modellərin qurulması, eləcə də bu modellər əsasında bazar və iqtisadi dəyişikliklərin təsirinin qiymətləndirilməsi təcrübəsi;
  • Təhsil səviyyəsi:Bakalavr
  • İxtisas:Maliyyə, iqtisadiyyat, riyaziyyat, statistika, ekonometrika və ya digər riyazi yönümlü sahə üzrə ali təhsil;
  • FRM, CFA və ya əlaqəli peşəkar kvalifikasiyalar üzrə nailiyyətlər üstünlük hesab olunur
  • Müvafiq sahə üzrə təcrübə:1-3
  • İngilis dili bilik səviyyəsi:Yüksək səviyyə
  • Kompüter / Proqram bilikləri:Məlumatların emalı, təhlili və iş proseslərinin avtomatlaşdırılması tələb olunan tapşırıqlarda Python, SQL, VBA və s. vasitələrdən, eləcə də süni intellekt alətlərindən məqsədyönlü istifadə edə bilmək bacarığı


Oxşar vakansiyalar

 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • 1000 AZN dən

Premium
 
  • Bakı

  • 500 AZN

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN