- İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
- İT idarəetməsi (IT Governance), İT risklərinin idarə olunması (IT Risk Management) və ya əlaqəli sahələr üzrə minimum 4 il iş təcrübəsi;
- İT idarəetmə prinsipləri və çərçivələri üzrə biliklər;
- Risklərin idarə olunması metodologiyaları və daxili nəzarət prinsipləri üzrə biliklər;
- İT siyasətlərinin, standartlarının, prosedurlarının və digər normativ sənədlərin hazırlanması prinsipləri üzrə biliklər;
- İT idarəetməsi sahəsində beynəlxalq standartlar və qabaqcıl təcrübələr üzrə biliklər;
- İT sahəsində normativ-hüquqi aktlar və tənzimləyici tələblər üzrə biliklər;
- Analitik düşünmə, problem həll etmə, məlumatların təhlili, analitik hesabat və təqdimatların hazırlanması bacarığı;
- Müəssisələr, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə səmərəli əməkdaşlıq və koordinasiya bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada səmərəli işləmək bacarığı;
- İngilis və rus dillərini yaxşı səviyyədə bilmək.
Üstünlük hesab olunur:
- COBIT, ITIL, ISO/IEC 27001, ISO 31000, NIST CSF və digər müvafiq beynəlxalq standart və çərçivələr üzrə praktiki bilik və ya iş təcrübəsi;
- CGEIT, CRISC və ya IT Governance və IT Risk Management istiqamətində digər müvafiq peşəkar sertifikatlara malik olmaq.
Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.