Birbaşa rəhbər:Aqronomiya əməliyyatları üzrə direktor
İş yeri: Qax
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)
Əkinçilik xidməti üzrə işlərin planlaşdırılması, icrası və hesabatların hazırlanmasında iştirak;
Əkinçilik prosesi ilə bağlı təsərrüfata lazım olan mal vı materilların tapılmasında təchizat şöbəsinə dsətək;
Təsərrüfatda əməyin mühafizəsi və təhlükəsizlik texnikasının təşkilinə nəzarət;
Bina və qurğuların, texnikaların cari və əsaslı təmirinin təşkilinə nəzarət;
Sahədəki bütün kənd təsərrüfatı fəaliyyətlərinin mövcud təlimatlara uyğun aqrotexniki qaydada yerinə yetirilməsinə cavabdehlik;
Yerinə yetirilmiş işlərin hesabatlarının hazırlanmasını və təsərrüfat rəhbərinə məlumatın verilməsi;
Kənd təsərrüfatı maşın və mexanizmlərinin təmiri və təhlükəsizlik qaydalarına nəzarət;
Kənd təsərrüfatı və mexanizmlərin yüklənməsi və daşınması qaydalarına nəzarət;
Təsərrüfatda olan avadanlıqların, qurğuların, suvarma sistemlərinin təlimata uyğun istismar olunmasına nəzarət etmək;
Təsərrüfat rəhbərinə günlük, aylıq, rüblük və illik hesabatların verilməsi;
Bu vəzifə təlimatında sadalanan işlərin görülməsi zamanı müəssisədaxili qaydalara əməl etmək və təsərrüfat rəhbərinin tapşırıqlarını rəhbər tutmaq;
Təsərrüfatda həyata keçirilən aqronomik əməliyyatların (torpaq becərilməsi, səpin, gübrələmə, bitki mühafizəsi, məhsul yığımı və digər istehsalat işləri) təşkili, koordinasiyası, icrası və icrasına operativ nəzarəti həyata keçirmək.
Təsərrüfat üzrə kadr işlərin və sənəd dövriyyəsinin aparılmasını, ümumi inzibati uçotun düzgün təşkilini və əməliyyatların hesabatların hazırlanmasını təmin etmək.
Təsərrüfat anbarlarında mal-material qəbulunun, saxlanmasının, hərəkətinin və anbar uçotunun müəyyən edilmiş qaydalara uyğun aparılmasına nəzarət etmək.
Xüsusi tələblər
Orta və ya orta-ixtisas təhsil;
İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
Yeni texnologiyalara öyrənməyə həvəsli;
Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı.
Digər məlumatlar:
Servislə təmin olunma;
Nahar şirkət tərəfindən təmin edilir;
İllik Tibbi sığorta paketi;
Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.