
Novruz bayramında bu tarixlərdə iş olmayacaq
Qarşıdan gələn Novruz bayramında 5 gün qeyri-iş günü olacaq. Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.