Maliyyə şöbəsi – Böyük Mütəxəssis

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Maliyyə hesabatlarının beynəlxalq standartlarının və AR qanunlarının Agentliyin maliyyə-təsərrüfat əməliyyatlarının uçotuna tətbiqində iştirak edir;
• Debitor və kreditorlarla aparılmış alqı-satqı əməliyyatlarının və ödənişlərin uçotuna nəzarət edir;
• İcra etdiyi vəzifələrə uyğun olaraq metodoloji sənədlərin hazırlanmasını həyata keçirir;
• Agentliyin mühasibat uçotunun uçot siyasətinə, AR qanunlarına və beynəlxalq standartlara uyğunluğunu yoxlayır;
• Agentliyin xərclər smetasının layihəsinin hazırlanmasınında iştirak edir və maliyyə vəsaitlərinin xərclər smetasına uyğun istifadəsini yoxlayır, kənarlaşmaları təhlil edir və təkliflər verir;
• Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Agentliyin maliyyə hesabat(lar)ını hazırlayır, audit zamanı zəruri sənədlərin və məlumatların kənar auditorlara verilməsini həyata keçirir;
• Fəaliyyət istiqamətləri üzrə hesabatlar hazırlayır, rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır;
• Boşluqların aradan qaldırılması üçün tələbdən yaranan maliyyə təhlillərini aparır, ehtiyac yarandıqda müvafiq təlimatları hazırlayır;
• Hesabat və analizlər, eləcə də tapşırıqların gedişatı və nəticələri bərədə rəhbərini və aidiyyəti şəxsləri vaxtında məlumatlandırır;
• Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
• İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Xüsusi tələblər

• Maliyyə, iqtisadiyyat, mühasibat ixtisasları üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzu olunandı)
• Maliyyə və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
• Yaş həddi 25-40 aralığı;
• ACCA F3, F7 səviyyələrinin və ya ekvivalent dərəcələrinin müvəffəqiyyətlə tamamlanması
• Yüksək korporativ ünsiyyət bacarığı
• Yüksək səviyyədə Excel bilikləri
• 1C 8.3 proqramı ilə sərbəst işləmə bacarığı
• PMS və əlavə beynəlxalq (ACCA, CPA və s.) sertifikatlarının mövcudluğu üstünlükdür.
• e-gov, e-taxes və digər proqramları ilə sərbəst işləmə bacarığı
• Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri arzuolunandır

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Maliyyə şöbəsi – Böyük Mütəxəssis) qeyd edin.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız