Gündəlik daxil olan sorğulara əsasən təhkim olunmuş ərazilər üzrə abunəçilərlə əlaqə saxlanılması, təqdim olunacaq xidmətlərin dəqiqləşdirilməsi;
Müqavilədə qeyd olunan avadanlıqların ofisdən əldə edilməsi;
Qoşulma zamanı istifadə olunan kabel və başqa lazımlı materialların hesablayıb götürülməsi;
Qurğulardan abunəçinin ünvanına qədər xəttin çəkilməsi və avadanlıqların quraşdırılıb sazlanması;
Abunəçilərə xidmətlərin ayarlanıb işlək vəziyyətdə təqdim etmək;
Abunəçiləri müqavilə şərtləri ilə tanış edib imzalı şəkildə təqdim etmək;
Gündəlik icra olunan servis və qoşulmaların aidiyyatı üzrə qeyd olunması;
Reklam materiallarının paylanılması;
Günsonunda görülən işlər barəsində rəhbərliyə məlumat vermək;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
Əməyin mühafizəsi qaydalarına, yəni işlərin təhlükəsiz və sağlam şəraitdə görülməsini təmin etmək məqsədi ilə cari qanunvericilikdə və əmək müqaviləsində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirlərə, normalara və standartlara riayət etmək.
Xüsusi tələblər
Orta təhsil
Əlaqəli sahədə 1 il iş təcrübəsi
Azərbaycan dili sərbəst, rus, ingilis və türk dili orta səviyyədə