Kredit mütəxəssisi (Bakı və region)

Bakı, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara

İnternational Kredit Təşkilatı

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Maliyyə sektorunda fəaliyyət göstərən “İnternational” ASC Bakı şəhəri və region Biləsuvar, Cəlilabad, Masallı, Lənkaran və Astara  filialları üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Satış sahəsində karyera qurmaq və maliyyə sektorunda inkişaf etmək istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

I Kateqoriya: Ödənişli Təcrübə Proqramı (Təcrübəsiz namizədlər üçün)

Kredit sahəsində təcrübəsi olmayan, lakin bu sahədə inkişaf etmək istəyən namizədlər üçün xüsusi proqram.

Təklif edirik:

  • Ödənişli təcrübə proqramı
  • Əmək haqqı: 200 AZN + 400 AZN bonus
  • Praktiki təlim və real iş mühiti
  • Uğurlu nəticə göstərən namizədlər üçün daimi iş imkanı


II Kateqoriya: Kredit mütəxəssisi (Təcrübəli namizədlər üçün)

  • Aktiv satışın təşkili və yeni müştərilərin cəlb edilməsi
  • Kredit portfelinin idarə olunması və keyfiyyətinə nəzarət
  • Müştəri müraciətlərinin qəbulu, təhlili və rəsmiləşdirilməsi
  • Kredit komitəsinə təqdimatların hazırlanması
  • Müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması
  • Kredit sənədlərinin düzgün və vaxtında hazırlanması
  • Yeni məhsul və satış təşəbbüsləri ilə çıxış etmək


Təklif edirik:

  • Başlanğıc əmək haqqı: 400 – 800 AZN
  • Bonus sistemi: 800 – 1600 AZN
  • Karyera yüksəlişi imkanları
  • Peşəkar və dinamik iş mühiti



Xüsusi tələblər

  • Ali və ya natamam ali təhsil
  • Yüksək ünsiyyət və satış bacarıqları
  • Komanda ilə və fərdi işləmə qabiliyyəti
  • Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel)
  • Bank, BOKT və ya lombard sahəsində təcrübəsi olanlara üstünlük verilir
  • Cins: kişi (arzuolunandır)

İş şəraiti:

  • İş günləri: I – V günlər
  • İş saatı: 09:00 – 18:00
  • Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza


Müraciət qaydası:

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri filialı qeyd etməklə
“Kredit üzrə mütəxəssis” başlığı altında
📧 [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 600 - 650 AZN

Premium
  • Bakı

  • 800 - 999 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız