Sosial media, reklam kampaniyaları, mağazalar və tədbirlər üçün bütün rəqəmsal və çap vizual materiallarının hazırlanması və idarə edilməsi
Dizayn briflərinə əsasən kreativ konseptlərin formalaşdırılması və kampaniyalar üzrə vahid vizual istiqamətin təmin edilməsi
Qlobal brand-guidelines və brand-book əsasında brend kimliyinin qorunması, lokal marketinq materiallarına uyğunlaşdırılması və zərurət olduqda yenilənməsi
Broşura, flayer, poster, banner və digər marketinq materiallarının dizaynı və istehsala hazır faylların hazırlanması
Sosial media kontentinin dizaynı, yenilənməsi və vizual ardıcıllığın təmin edilməsi
Marketinq komandası və menecerlərə gündəlik dizayn işlərində operativ və yaradıcı dəstəyin göstərilməsi
Dizayn prosesindən əvvəl konsept ideyasının hazırlanması və layihənin vizual istiqamətinin müəyyənləşdirilməsi
Komanda ilə beyin fırtınalarında iştirak edərək yaradıcı ideyaların irəli sürülməsi və tətbiqi
Texniki tələblərə uyğun yüksək keyfiyyətli qrafik materialların hazırlanması
Lüks, fashion və idman brendləri üzrə dizayn trendlərinin izlənilməsi və tətbiqi
Yeni texnologiyaların (o cümlədən süni intellekt alətləri) öyrənilməsi və iş prosesinə inteqrasiyası
Qrafik dizayn və vizual kommunikasiya sahəsində bilik və bacarıqların davamlı inkişaf etdirilməsi
Xüsusi tələblər
Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi
Adobe Photoshop, Illustrator və InDesign proqramlarını yüksək səviyyədə bilmək
Sosial media vizualları, rəqəmsal bannerlər və çap materiallarının hazırlanması üzrə təcrübə
Brendinq, kompozisiya, tipoqrafiya və rəng nəzəriyyəsi üzrə yaxşı biliklər
Çap istehsalı üçün faylların hazırlanması bacarığı
Əsas motion dizayn/video montaj bacarıqları (After Effects, Premiere Pro) üstünlükdür
Kreativ düşüncə və detallara diqqətlilik
Dinamik iş mühitində işləmək və deadline-lara riayət etmək bacarığı
Komandada işləmək və kommunikasiya bacarıqları
Azərbaycan və rus dili bilikləri arzuolunandır; ingilis dili üstünlükdür
Retail, moda və lifestyle brendləri ilə iş təcrübəsi üstünlükdür
Əvvəlki dizayn layihələrini əks etdirən portfolio mütləqdir