Tərbiyəçi və defektoloq vəzifəsi üzrə işə qəbul elan olunub

News

Tərbiyəçi və defektoloq vəzifəsi üzrə işə qəbul elan olunub

Elm və Təhsil Nazirliyi tərbiyəçi və defektoloq vəzifəsi üzrə işə qəbul elan edib.

Nazirlikdən "Report"a bildirilib ki, internat və internat tipli təhsil müəssisələrinə tərbiyəçi və defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçimi başlayıb.

Vakansiya seçimində iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər: https://bit.ly/3dTelOG

Vakansiya seçimi 3 oktyabr saat 11:00-dək davam edəcək.

Seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.

Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq. Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.