SOCAR-ın işçiləri 6 ayda 400 nəfərdən çox azalıb

News

SOCAR-ın işçiləri 6 ayda 400 nəfərdən çox azalıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) işçi sayı azalıb.

Bu barədə Smartjob.az dövlət şirkətinin illik hesabatına istinadən xəbər verir.

Hesabata görə, 1 yanvar 2022-ci il tarixinə onun işçilərinin sayı 48 870 nəfər olub.

Bu öncəki ilin 1 iyul ayında 49 281 nəfər olduğunu nəzərə alsaq, son altı ayda 411 nəfər, yaxud 0.83 faiz azalma deməkdir.

Qeyd edək ki, SOCAR 2021-ci ildə 1.49 milyard manatlıq xalis mənfəət əldə edib.

Telegram kanalımız