Avrora Qrupda karyera günü

News

Avrora Qrupda karyera günü

Avrora Qrup sürətlə inkişaf edir, qarşısına qoyduğu hədəflərə çatmaq üçün böyük və peşəkar komandaya ehtiyac vardır. Bu səbəbdən Avrora MMC 29.10.2022-ci il saat 10:00-15:00 tarixində Karyera günü təşkil edir. Karyera günündə satış nümayəndəsi, merçendayzer, fəhlə, sürücü, sürücü köməkçisi və mütəxəssis kateqoriyalı vəzifələr üzrə müraciətlər qəbul ediləcək.

Müraciət etmiş namizədlər anket forması dolduracaq, aktiv vakansiyalar üzrə uyğun namizədlər təkrar müsahibəyə (imtahana) dəvət olunacaqlar. Karyera günündə iştirak edən namizədlərin bir qrupu növbəti ildə yaranan vakansiyalar üçün ehtiyat bazaya əlavə olunacaq və işə alım prosesində üstünlük təşkil edəcəklər.

Müraciət etmək istəyən namizədlər 29.10.2022-ci il saat 10:00-dan etibarən Nərimanov ray., Aşıq Molla Cümə 46 C ünvanında yerləşən “Avrora”nın mərkəzi ofisinə şəxsiyyəti təsdiq edən sənədlə yaxınlaşa bilərlər.

Telegram kanalımız