Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib

News

Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu ştatda vakant olan vəzifəni tutmaq üçün müsabiqə elan edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, vakant yerlər Terminologiya və Sosiolinqvistika və psixolinqvistika şöbələri üzrə böyük elmi işçi vəzifələridir.

Müsabiqədə elmi işçilər, filologiya üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Telegram kanalımız