“Azərbaycanfilm” yeni başlayan rejissorlar üçün müsabiqə elan edib

News

“Azərbaycanfilm” yeni başlayan rejissorlar üçün müsabiqə elan edib

Film müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Müsabiqədə janr və mövzu məhdudiyyəti yoxdur.


Sənədlərin qəbulu 1 noyabr 2022 – 31 yanvar 2023-cü il tarixlərində elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.


Müsabiqənin reqlamenti ilə daha ətraflı bu link vasitəsilə tanış olmaq mümkündür.


Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.


Qaliblərin adları 2023-ci il aprel ayının əvvəlində elan olunacaq. Qalib layihələrin növbəti illər ərzində kinostudiyada istehsala buraxılması nəzərdə tutulur.

Telegram kanalımız