Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs həbs olundu

News

Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs həbs olundu

Bakıda azyaşlıları küçə ticarətinə cəlb edən şəxs həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis paytaxtın mərkəzi küçələrində azyaşlılar vasitəsilə gül, salfet, ətir və digər əşyalarının satışını təşkil edən 1984-cü il təvəllüdlü İbrahim Mustafayevi müəyyənləşdirib və onun barəsində məhkəmə qərarı ilə 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub

Telegram kanalımız