Dövlət Vergi Xidmətinin idarə rəisi: “Bu gün 300 manatdan aşağı əməkhaqqı yoxdur”

News

Dövlət Vergi Xidmətinin idarə rəisi: “Bu gün 300 manatdan aşağı əməkhaqqı yoxdur”

Smartjob.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə deyib.

O bildirib ki, əslində əmək müqaviləsində qeyd olunan rəqəm realda olan gəlir deyil: “Məsələn, işəgötürən əmək müqaviləsində 250 manat göstərir, amma təqdim vahid bəyannamədə göstərildiyi gəliri daha çoxdur. Əmək müqaviləsində göstərilən real əməkhaqqı deyil”.

N. Vahabzadənin sözlərinə görə, bu gün 16 mindən aktiv müqavilə sayı var ki, orada rəqəm 300 manatdan aşağıdır: “Amma bilirik ki, bu gün 300 manatdan aşağı əməkhaqqı yoxdur. Reallıqda işəgötürən işçiyə 500-1000 manat verib, əmək müqaviləsində aşağı göstərirsə, bunu fəaliyyət göstərdiyi sahəyə uyğun müəyyənləşdirə bilirik. Onun fəaliyyət göstərdiyi sahə və regiona uyğun olaraq bilirik ki, bu, düzgün deyil. Bu gün direktorlar var ki, əməkhaqqısı 300 manatdan aşağı göstərilir. Biz bildiriş göndəririk və qanunvericilik çərçivəsində nəzarət tədbirləri həyata keçirilir”.

Telegram kanalımız