Şahin Bağırov idarə rəisini işdən çıxartdı

News

Şahin Bağırov idarə rəisini işdən çıxartdı

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən çıxarılıb.

Bununla bağlı DGK sədrinin birinci müavini, sədr vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, komitənin Avtomobil Nəqliyyatı idarəsinin rəisi, gömrük xidməti polkovniki Simurq Cəfərov vəzifəsindən azad edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Telegram kanalımız