Kitabxanalara işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi elan olunub

News

Kitabxanalara işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi elan olunub

Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsi mayın 15-də başlayacaq.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcək.

Müsahibə proqramına əsasən, hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaq.

Namizədlərlə müsahibələrin keçirilmə qrafiki Mədəniyyət Nazirliyinin rəsmi saytında yerləşdiriləcək.

Telegram kanalımız