Son aylarda Azərbaycanda işsizlərin sayı artıb

News

Son aylarda Azərbaycanda işsizlərin sayı artıb

Son aylarda Azərbaycanda işsizlərin sayı artmaqdadır.

Smartjob.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 361.6 min nəfər olub, onlardan 5 milyon 59.1 min nəfərini məşğul əhali olub. Beləliklə, işsiz əhalinin sayı mart ayında 0.2 min nəfər artmaqla 302.5 min nəfər təşkil edib. Bu da ölkədə işsizlik səviyyəsinin son ayda 5.640%-dən 5.642%-ə yüksəlməsidir.

6575756

Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 715.8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901 min nəfər, qeyri-dövlət sektorunda isə 814.8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 683.8 min nəfər çalışıb.

2023-cü il mart ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı (min nəfər)
 İqtisadi fəaliyyət növləriCəmio cümlədən
dövlətqeyri-dövlət
Ölkə üzrə – cəmi1715.8901.0814.8
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq61.825.036.8
Mədənçıxarma sənayesi33.511.721.8
Emal sənayesi124.517.5107.0
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı27.827.30.5
Su təchizatı, tullantıların təmizlənməsi və emalı33.330.33.0
Tikinti115.224.790.5
Ticarət; nəqliyyat vasitələrinin təmiri321.92.2319.7
Nəqliyyat və anbar təsərrüfatı72.542.629.9
Turistlərin yerləşdirilməsi və ictimai iaşə35.71.434.3
İnformasiya və rabitə31.313.917.4
Maliyyə və sığorta fəaliyyəti35.27.028.2
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar16.95.611.3
Peşə, elmi və texniki fəaliyyət59.931.028.9
İnzibati və yardımçı xidmətlərin göstərilməsi86.865.621.2
Dövlət idarəetməsi və müdafiə; sosial təminat111.6106.25.4
Təhsil333.7319.714.0
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi142.1117.824.3
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət53.548.55.0
Digər sahələrdə xidmətlərin göstərilməsi18.63.015.6


Telegram kanalımız