“Akkord”un Qazaxdakı şərab zavoduna yeni direktor təyin ediləcək

News

“Akkord”un Qazaxdakı şərab zavoduna yeni direktor təyin ediləcək

27 iyun 2023-cü il tarixdə, saat 09:30-da, Qazax rayonu, Yuxarı Salahlı kəndi ünvanında, Cəmiyyətin inzibati binasında “Qazax Şərab-1” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:

1. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi;

2. Cəmiyyətin direktorunun təyin edilməsi;

3. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi;

4. Cəmiyyətin təsis sənədlərinə edilən dəyişikliklərin qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi;

5. Digər məsələlər. Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (070) 626 56 01 mobil nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Xatırladaq ki, “Qazax Şərab-1” ASC 1999-cu ildə yaradılıb. Zavod rayonun Yuxarı Salahlı kəndindədir.

Telegram kanalımız