Milli KSM Mükafatı 2021-ə layihə qəbulu başlayır

News

Milli KSM Mükafatı 2021-ə layihə qəbulu başlayır

Artıq 4-cü dəfə ölkəmizdə təşkil ediləcək müsabiqənin əsas məqsədi #dövlət siyasətinin, #HeydərƏliyevFondu-nun həyata keçirdiyi sosial layihələrin davamı olaraq ölkəmizdə həyata keçirilən Korporativ Sosial Məsuliyyət (#KSM) layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.

Qeyd edim ki, 2021-ci il ərzində həyata keçirilmiş sosial layihələr aidiyati dövlət qurumlarının nümayəndələri tərəfindən təhlil ediləcək, BMT-nin 17 Dayanıqlı İnkişaf İstiqamətləri əsasında nominasiyalar təyin olunacaq. 

Komissiyanın tərkibi:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi

4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5. Asan Xidmət

6. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

7. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

8. Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası

9. Proaktv PR Agentliyi

Müsabiqədə iştirak şərtləri:

1. 2021-ci il yanvar ayından 2021-ci il dekabr ayınadək yerli və ya beynəlxalq şirkətin Azərbaycan Respublikası ərazisində həyata keçirdiyi KSM layihə (və ya xeyriyyəçilik işləri) haqda pdf formatında məlumatlar;

2. Layihənin həyata keçirildiyini təsdiq edən foto, video materiallar və KİV məlumatların linki;

3. Layihənin təsviri (məqsədi, büdcəsi, keçirildiyi ərazi, benefisiarları və s.) haqqında ətraflı məlumat;

4. İştirak haqqı - 810 AZN təşkil edir. 

Layihə qəbulu 1-30 oktaybr 2022 tarixlərində olacaqdır.

Telegram kanalımız