“Azərbaycan Dəmir Yolları”nın törəmə şirkətinin rəhbəri dəyişdi

News

“Azərbaycan Dəmir Yolları”nın törəmə şirkətinin rəhbəri dəyişdi

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti – dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edən “ADY Ekspress” MMC-nin direktoru dəyişib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Vüqar Mirqasımov Kamil oğlu direktor təyin edilib.

O, bu vəzifədə Azad Qasımovu əvəz edib.

Qeyd edək ki, “ADY Ekspress” MMC 2014-cü ildə yaradılıb və onun 1 911 634 manat nizamnamə kapitalı var.

Telegram kanalımız