Azərbaycan Sahibkarlar Konfederasiyasına baş katib təyin edilib

News

Azərbaycan Sahibkarlar Konfederasiyasına baş katib təyin edilib

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) baş katib təyin edilib.


Smartjob.az xəbər verir ki, sözügedən vəzifə Kristina Məmmədovaya həvalə olunub.


O, indiyə qədər həmin vəzifəni müvəqqəti icra edib.


ASK 1999-cu il martın 5-də təsis edilib, həmin il aprelin 9-da dövlət qeydiyyatından keçib. Qurum işəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Telegram kanalımız