İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinə müdir təyin olunub

News

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinə müdir təyin olunub

Aynur Nurəddin qızı Kərimova İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Mətbuatla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

“Trend” xəbər verir ki, Aynur Kərimova Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 

O, müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.

2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. “Texnopolis”, “Sima” sənədli media layihələrinin müəllifidir.

Telegram kanalımız