Azərbaycanda şirkətin İdarə Heyətinə sədr təyin edilib

News

Azərbaycanda şirkətin İdarə Heyətinə sədr təyin edilib

Azərbaycanda iri tikinti şirkəti “Fortis Group” MMC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Smartjob.az xəbər verir ki, Asif İbrahimov Ziyadxan oğlu “Fortis Group” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə Heyətinə sədr təyin edilib.

O, bu vəzifədə Elşad Bayramov Sərdar oğlunu əvəz edib.

Xatırladaq ki, “Fortis Group” MMC 2004-cü ildə yaradılıb. Şirkətin 25 milyon manat nizamnamə kapitalı var. Qrup hazırda “Fiber”, “Ekstra”, “Giper”, “Flora”, “Dekstone” kimi inşaat materialları istehsal edir.

Telegram kanalımız