“Muğanbank”ın rəhbərliyinə yeni təyinatlar

News

“Muğanbank”ın rəhbərliyinə yeni təyinatlar

“Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə yeni təyinatlar baş tutub.

Bu barədə Smartjob.az saytının əldə etdiyi məlumatda deyilir.

“Muğanbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə Munir Əhməd oğlu Vəliyevin, Müşahidə Şurasının üzvləri vəzifəsinə Elmir Maqbet oğlu Mehdiyevin, Amil Samir oğlu Vəliyevin, Ramiz Nazim oğlu Dadaşovun və Teymur Bəxtiyar oğlu Məmmədov təyin edilib.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 107,5 milyon manatdır. Bankın səhmlərinin 67.74%-i Elmir Maqbet oğlu Mehdiyevə, 11.85%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 10.65%-i Vəfa Əhməd qızı Vəliyevaya, 10.03%-isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Telegram kanalımız