“Veysəloğlu”nun daha bir şirkətinin rəhbəri dəyişdi

News

“Veysəloğlu”nun daha bir şirkətinin rəhbəri dəyişdi

“Veysəloğlu” Şirkətlər Qrupunun distribusiya işini həyata keçirən “V-Trade” MMC-nin rəhbəri təyin edilib.

Banker.az xəbər verir ki, Elnur Əsgərov “V-Trade” MMC-nin 2023-cü ilin aprelindən şirkətdə yeni yaradılan idarəedici direktor vəzifəsinə təyin edilib. Buna qədər bu vəzifədə Vüqar Şərifov Etibar oğlu İdarə Heyətinin sədri kimi fəaliyyət göstərirdi. Bu vəzifə dəyişdirilməklə o, şirkətin idarəedici direktoru olub.

2004-cü ildən Veysəloğlu Şirkətlər Qrupuna qatılan Elnur Əsgərov müxtəlif illərdə satış təmsilçisi, satış müdiri, marketinq kateqoriya müdiri, marketinq şöbəsinin müdiri, Biznes – Şəkər tozu istiqaməti üzrə Departamentin müdiri kimi fəaliyyət göstərib.

O, bir müddət “V-Trade”də İdarə Heyətinin üzvü (Kommersiya – Şəkər tozu üzrə) kimi çalışıb.

Xatırladaq ki, “V-Trade” MMC 2018-ci ildə yaradılıb, 100 manat nizamnamə kapitalı var.

Telegram kanalımız