
28.07.2023
Pərviz Sədrəddinov Kapital Bank-dan Dövlət Xidmətinə təyinat aldı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat olub.
Banker.az xəbər verir ki, Pərviz Sədrəddinov SHXÇDX-nin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Xatırladaq ki, o, sözügedən təyinata qədər “Kapital Bank”ın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.