Bakı Fond Birjasının Müşahidə Şurasına yeni sədr təyin olunub

News

Bakı Fond Birjasının Müşahidə Şurasına yeni sədr təyin olunub

30 avqust 2023-cü il tarixində “Bakı Fond Birjası” QSC-nin səhmdarlarınının növbədənkənar iclası keçirilib.

İclasın qərarına əsasən cənab Fərid Axundov Bakı Fond Birjasının Müşahidə Şurasının üzvü və sədri vəzifəsinə təyin olunub. Bu barədə Banker.az-a Birjadan bildirilib.

Qeyd edilibki, cənab Fərid Axundov daha öncə ölkəmizin qabaqcıl maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışmışdır və bu sahədə olduqca zəngin təcrübəyə malikdir.

Telegram kanalımız