İlqar Məhərrəmov Kənd Təsərrüfatı Nazirliyinə təyinat aldı

News

İlqar Məhərrəmov Kənd Təsərrüfatı Nazirliyinə təyinat aldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə müavin təyin edilib.

Banker.az-a daxil olan məlumata əsasən, bu vəzifəyə İlqar Məhərrəmov təyin edilib.

O, 2018-ci ilin yanvarından 2023-cü ilin sentyabrınadək “Grand-Agro” MMC-nin baş icraçı direktorunun müavini idi.

Bundan əlavə, indiyə qədər “PMD Group” MMC-də və “Yalama Agropark” MMC-də çalışıb.

İlqar Məhərrəmov Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və Almaniyada Offenburq Tətbiqi Elmlər Universitetində MBA (biznesin idarə olunması) dərəcələrinə yiyələnib.

Qeyd edək ki, yeni kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Grand-Agro” MMC-nin ana şirkəti sayılan “Agro Food Investments” MMC-nin baş icraçı direktoru idi. O, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

Telegram kanalımız