
08.09.2023
Rahid Ələkbərli Naxçıvanın yeni rabitə və texnologiyalar naziri təyin edildi
Naxçıvan Muxtar Respublikasında yeni rabitə və texnologiyalar naziri təyin edilib.
Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Rahid Ələkbərli bu vəzifəyə təyin olunub.
Bildirilib ki, Rahid Ələkbərli əslən Şahbuz rayonundandır. O, yeni təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.