“Morgan Stanley”in baş icraçı direktoru dəyişir

News

“Morgan Stanley”in baş icraçı direktoru dəyişir

Hazırda bankın prezidenti olan Ted Pik 2024-cü il yanvarın 1-dən etibarən “Morgan Stanley”in baş icraçı direktoru olacaq. “Morgan Stanley”in hazırkı CEO-su Ceyms Qorman isə vəzifəsini tərk edərək direktorlar şurasının icraçı sədri vəzifəsini tutacaq.

Qorman 2006-cı ildə “Morgan Stanley”ə qoşulub və 2010-cu ilin yanvarında baş direktor vəzifəsini icra etməyə başlayıb. 2023-cü ilin may ayında səhmdarların illik yığıncağında Qorman bir il ərzində vəzifəsini tərk etmək niyyətində olduğunu deyib.

Ted Pik son iki ildə “Morgan Stanley”in həmsədri olub. O, İnstitusional Qiymətli Kağızlar şöbəsinə (qiymətli kağızlar bazarında institusional investorlar üçün xidmətlər) rəhbərlik edir, beləliklə, bankın investisiya bank əməliyyatlarına, habelə səhmlər və əsas gəlirli aktivlərlə əməliyyatlara cavabdehdir. O, 1990-cı ildən “Morgan Stanley”də çalışır.

Telegram kanalımız