Transmilli şirkətin Azərbaycan üzrə rəhbəri dəyişdi

News

Transmilli şirkətin Azərbaycan üzrə rəhbəri dəyişdi

“Nokia”nın Azərbaycanda fəaliyətdə olan “Nokia Solutions and Netvorks Bakı” MMC şirkətinin və eləcə də Avrasiya üzrə regional rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, Aleksandr Şunin (Alexander Shunin) “Nokia Solutions and Netvorks Bakı”nın baş icraçı direktoru təyin edilib.

O, bu vəzifədə İtaliya vətəndaşı Massimiliano Volpeni əvəz edib.

Xatırladaq ki, “Nokia Solutions and Netvorks Bakı” MMC 2004-cü ildə təsis edilib, 12.83 mln. avro nizamnamə kapitalı var.

Telegram kanalımız