Şahin Babayev nazirə müşavir təyin edildi

News

Şahin Babayev nazirə müşavir təyin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat olub.

Banker.az xəbər verir ki, Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə müşaviri təyin edilib.

Ş.Babayev 2021-ci ilin martında bu Nazirliyə təyinat alıb. Belə ki, buna qədər Babayev nazirliyin Maliyyə departamentinin mühasibat və hesabatlılıq qrupunun rəhbəri idi.

Nazirliyə qədər isə “AzInTelecom” MMC-nin, “Aztelekom” MMC-nin, “Azercell Telekom” MMC-nin və “Baku Bus” MMC-nin İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.

Ş.Babayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyat və hüquq üzrə bakalavr təhsili alıb, eləcə də Dyuk Universitetində Adaptiv strateji idarəetmə layihəsində iştirak edib.

Telegram kanalımız