Azərbaycanda ən çox maaş hansı rayonlarda verilir?

News

Azərbaycanda ən çox maaş hansı rayonlarda verilir?

2023-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11.2 faiz artaraq 919.8 manat təşkil edib.

Banker.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Həmişəki kimi orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Belə ki, paytaxta bu göstərici 1 167.9 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu rayon Daşkəsəndir. Burda orta aylıq əməkhaqqı 955.7 manatdır.

Şuşa 824.5 manat olmaqla 3-cü yerdə, Sumqayıt 817.5 manat olmaqla 4-cü yerdədir, 5-ci yerdə isə 816 manat olmaqla Gədəbəydir. Gədəbəydən sonra yüksək maaş Zəngilan (786 manat), Şirvan (778 manat) və Qubadlıdadır. (757.6 manat)

Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Qax, Balakən və Zaqatala rayonlarında qeydə alınıb. 1 oktyabr 2023-cu il tarixinə olan statistik rəqəmlərə əsasən Qaxda orta aylıq maaş 498.4 manat, Balakəndə orta aylıq əməkhaqqı 521.7 manat, Zaqatala rayonunda isə 536.3 manat təşkil edib.

Telegram kanalımız