Nazir agentliyə yeni sədr təyin etdi

News

Nazir agentliyə yeni sədr təyin etdi

Təhsil Nazirliyində növbəti kadr təyinatı olub.

Nazir Emin Əmrullayevin müvafiq əmri ilə Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov tutduğu vəzifəsindən azad olunub. Digər əmrlə o, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə hələki təyinat yoxdur. Bu barədə məlumat qurumdan təsdiq edilib.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin keçmiş sədri Ülkər Səttarova bir müddət əvvəl Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Telegram kanalımız