“PAŞA Sığorta”da təyinat olub

News

“PAŞA Sığorta”da təyinat olub

“PAŞA Sığorta” ASC-nin Audit Komitəsinin yeni sədri məlum olub.

Smartjob.az xəbər verir ki, səhmdarların qərarı ilə Emil İbrahimov Əhməd oğlu Audit Komitəsinin sədri seçilib.

Beləliklə, Audit Komitəsi 1 sədr və 2 üzvdən ibarətdir. Komitəsinin digər üzvləri Müslüm Rüstəmov Arif oğlu və Nərmin İsgəndərova Bəhram qızıdır.

Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb, 40.25 milyon manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “PASHA Holding” MMC-yə məxsusdur.

Telegram kanalımız