Mərkəzi Banka yeni baş direktor təyin edildi

News

Mərkəzi Banka yeni baş direktor təyin edildi

Rəna Ənvər Paşa qızı Məlikova Mərkəzi Bankın baş direktoru təyin edilib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Rəna Məlikova 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə yenidənhazırlanma kursunu bitirmişdir.

Əmək fəaliyyətinə 1981-ci ildə başlamış və 1993-cü ilədək hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışmışdır.

1993-cü ildən Mərkəzi Bankda aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləmişdir.

2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.

2024-cü il yanvarın 07-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.

İki övladı var.

Telegram kanalımız