Rəşad Məmmədov Mərkəzi Bankın baş direktoru təyin edilib

News

Rəşad Məmmədov Mərkəzi Bankın baş direktoru təyin edilib

Rəşad Məsim oğlu Məmmədov Azərbaycan Mərkəzi Bankının baş direktoru təyin edilib.

Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.

1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2005-ci ildə həmin Universiteti “İstehsal sistemlərinin idarə edilməsi” ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 2001-ci ilin oktyabr ayından “Most-Bank Azərbaycan” BSKB-nin Maliyyə departamentində mütəxəssis vəzifəsi ilə başlamışdır. 2003-2005-ci illərdə “Bank Standard” QSC-də Əməliyyat departamentinin Ödəniş vasitələri və klirinq şöbəsinin mütəxəssisi, Klirinq hesablaşmaları şöbəsinin aparıcı mütəxəssisi, Plastik kartlar üzrə əməliyyatlar şöbəsinin aparıcı mütəxəssisi vəzifələrində işləmişdir.

2005-ci ilin noyabr ayından fəaliyyətini “Turanbank” ASC-də Xarici iqtisadi əlaqələr, mübadilə məntəqələrinin işinin təşkili və nəzarəti şöbəsinin aparıcı mütəxəssisi kimi davam etdirmiş, 2006-2008-ci illərdə Müştəri xidmətləri departamentinin Plastik kartlar şöbəsinin rəisi, 2008-2009-cu illərdə həmin departamentin Korporativ müştərilərə xidmət şöbəsinin rəisi vəzifələrində işləmişdir.

2009-2010-cu illərdə “Rabitəbank” ASC-də Daxili audit bölməsinin auditoru, 2010-2014-cü illərdə bankın “Mərkəz” və “Nizami” filiallarının müdiri, 2014-2015-ci illərdə Müştəri xidməti departamentinin direktoru vəzifələrində işləmişdir.

2015-2017-ci illərdə “Paşa Bank” ASC-də Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru vəzifələrində işləmişdir.

2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayınadək Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində işləmişdir.

2024-cü il yanvarın 7-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.

Ailəlidir, iki övladı var.

Hazırda Mərkəzi Bankın baş direktorları:

1. Ziya Zəfər oğlu Əliyev
2. Vüqar Ramin oğlu Əhmədov
3. Əli İsmayıl oğlu Əhmədov
4. Toğrul Nəcəfəli oğlu Əliyev
5. Fərid Tofiq oğlu Osmanov
6. Gülər Azər qızı Paşayeva
7. Rəna Ənvər Paşa qızı Məlikova
8. Rəşad Məsim oğlu Məmmədov
9. Şahin Aydın oğlu Mahmudzadə

Telegram kanalımız