Şahin Mahmudzadə Mərkəzi Bankın baş direktoru təyin edilib

News

Şahin Mahmudzadə Mərkəzi Bankın baş direktoru təyin edilib

Şahin Aydın oğlu Mahmudzadə Mərkəzi Bankın baş direktoru təyin edilib.

Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.

1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələrilə bitirmişdir, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil almışdır, həmçinin Chartered Financial Analyst (CFA) sertifikatına yiyələnmişdir.

Əmək fəaliyyətinə 2016-cı ildə AR Mərkəzi Bankının Pul siyasəti departamentində başlamışdır.

2018-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləmişdir. 2020-ci ildə Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində, 2021-cil ildən isə Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsində işləmişdir.

2023-cü ilin iyul ayından 2024-cü ilin yanvar ayınadək Mərkəzi Bankın Sədrinin müşaviri vəzifəsində işləmişdir.

2024-cü il yanvarın 7-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibidir.

Ailəlidir.

Hazırda Mərkəzi Bankın baş direktorları:

1. Ziya Zəfər oğlu Əliyev
2. Vüqar Ramin oğlu Əhmədov
3. Əli İsmayıl oğlu Əhmədov
4. Toğrul Nəcəfəli oğlu Əliyev
5. Fərid Tofiq oğlu Osmanov
6. Gülər Azər qızı Paşayeva
7. Rəna Ənvər Paşa qızı Məlikova
8. Rəşad Məsim oğlu Məmmədov
9. Şahin Aydın oğlu Mahmudzadə

Telegram kanalımız