Sabiq bank əməkdaşı “Baku Medical Plaza”nın rəhbəri təyin edilib

News

Sabiq bank əməkdaşı “Baku Medical Plaza”nın rəhbəri təyin edilib

Azərbaycanda tanınmış kilininik şəbəkəsi “Baku Medical Plaza”nın (BMB) rəhbəri dəyişib.

Smartjob.az xəbər verir ki, şirkətlər qrupu SARA İNVEST-ə daxil olan BMB və ya “İnternational Medical Centre-Bakı” Qapalı Səhmdar Cəmiyyətinə bundan sonra rəhbərliyi Şaiq Bayramov Mahir oğluna həvalə edilib. Şaiq Bayramov “Naxçıvan Bank” ASC və “Rabitəbank” ASC-də çalışıb.

Buna qədər BMB-nin direktoru Pərviz Şükürov Məhəmməd oğlu idi. P.Şükürov 2015-ci il noyabrın 26-dan bu vəzifədə idi.

Qeyd edək ki, “İnternational Medical Centre-Bakı” QSC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Onun “Babək”, “Mərkəz”, “Medilux” və “İnternational” filialları var.

shaig bayramov

Telegram kanalımız