“Xalq Kapital İnvestisiya Şirkəti”nin rəhbəri dəyişdirildi

News

“Xalq Kapital İnvestisiya Şirkəti”nin rəhbəri dəyişdirildi

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin rəhbəri dəyişdirilib.


Smartjob.az-ın əldə etdiyi məlumata əsasən, İnvbestisya Şirkətinin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Nemət Mustafayev Qəhrəman oğlu baş icraçı direktoru təyin edilib.


N.Mustafayevə qədər bu vəzifədə Tural Bayramov Bəşir oğlu idi.


N.Mustafayev ana şirkət olan “Xalq Bank” ASC-nin Xəzinədarlıq idarəsinin rəisi idi.


Hazırda şirkətin idarəetmə strukturu belədir:


Müşahidə Şurası:

Sədr:

– Xəzər Bağırlı Arif oğlu

Üzvlər:

-Nəbi Nəbiyev Məcid oğlu

-Natella Şahverdiyeva Fikrət qızı


Xatırladaq ki, “Xalq Kapital İ.Ş.” 2017-ci ildə təsis edilib və onun 420 min manat nizamnamə kapitalı var. Kapitalın 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.

Telegram kanalımız