Reanimasiya tibb bacısı

Bakı

Appro Hospital
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Təsdiq olunmuş yetkinliklərə əsasən bütün tibbi prosedurların aparılması üçün həkiməqədər tibbi yardım göstərmək
• Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək
• Ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik etmək
• Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara, həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək
• Həkim təyinatının yerinə yetirilməsini təmin etmək
• Xidmət göstərilən əhalinin fərdi qeydiyyatını, sağlamlıq vəziyyəti barədə məlumatların informasiya (kompüter) bazasını aparmaq
• Kiçik tibb heyətinin fəaliyyətinə rəhbərlik etmək
• Tibbi sənədləşdirməni aparmaq
• Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək
• Müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək
• Pasiyentin əməliyyat blokuna vaxtında verilməsinə, eləcə də xəstə ilə birgə onun xəstəlik tarixçəsini (bütün müayinələrin nəticələri ilə birgə) və rentgenoloji angioqrafiya və digər laborator nəticələrini təhvil vermək

Xüsusi tələblər

  • Təhsil : Orta xüsusi
  • Yaş : 25 - 45
  • Cins : Qadın
  • İxtisası üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir və həmin kursların sertifikatına malik olmalıdır.
  • Orta tibb texnikumu və ya kolleci bitirənlər, “tibb bacısı”, “müalicə işi” və ya “mamalıq işi” ixtisası üzrə təhsil alanlar da müraciət edə bilər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız