Sürücü

Xırdalan

Holcim Azerbaijan
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirir
  • Şöbənin təqdim etdiyi sifarişlərə əsasən malların vaxtında və təhlükəsiz şəkildə satış nöqtələrinə çatdırılmasını təmin edir
  • Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirir
  • Avtomobilin düzgün idarə olunmasını daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin edir
  • Verilən sifarişlər qaimələrə əsasən avtomaşına yüklənərkən sürücü malların səliqəli, zədələnmədən, yararsız hala düşmədən sayına, görkəminə diqqət yetirir, həmin malları vaxtında göstərilmiş ünvana çatdırır
  • Şirkəti düzgün təmsil edir, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranır 
  • Anbardan mal götürülən zaman avtomaşına yüklənmiş malı qaimələrə əsasən sayıb təhvil alır, maşının yüklənməsinə nəzarət edir
  • Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşıyır
  • Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirir, aşkar olunmuş nasazlıqları aradan qaldırır
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatlarının, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edir
  • Şirkətin imicini bazarda daha da artırmaq məqsədilə istehlakçılarla münasibətlərin daha yaxşı olmasına nəzarət edir (?)
  • Bazar münasibətlərində maraqlı tərəflərlə şirkəti müsbət şəkildə təmsil və müdafiə edir
  • Dürüst fəaliyyət göstərir və şirkətin Davranış Kodeksinə hörmətlə yanaşır.
  • Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olur və ona əməl olunmasına ciddi riayət edir

Xüsusi tələblər

Təminat:

  • Avtomobil
  • Benzin Kartı
  • Bonus proqramına uyğunluq
  • Sığorta paketi + ailə üzvləri
  • Əlavə yemək müavinətləri 
  • Səyahət Xərclərinin əhatəsi
Tələb olunan təhsil, təcrübə və sənədlər:
  • Orta və ya peşə məktəbi (diplom,sertifikat)
  • Sağlamlıq haqqında arayış
  • Müvafiq sahədə iş təcrübəsi - min. 6 il
  • BC kateqoriyalı sürücülük vəsiqəsi            
Tələb olunan keyfiyyətlər:
  • Dürüstlük, dəqiqlik
  • İşi tam vaxtında yerinə yetirmə
  • Nəzakət qaydaları
  • Stres altında işləmək bacarığı
  • Müştəri yönümlü olmaq
  • Müsbət düşüncə
  • Səliqəli xarici görünüş
  • Yol - Nəqliyyat hadisələri haqqında məlumat
  • Sağlamlıq haqqında arayış
  • Müvafiq sahədə iş təcrübəsi - min. 6 il
  • Maşın qurğusu və istismarı ilə bağlı əməyin mühafizəsi tələblərinə dair biliklər
  • BC kateqoriyalı sürücülük vəsiqəsi 
İş yeri: Xırdalan / Günəşli

Müraciət proseduru:

Maraqlananlar  CV –lərini, mövzu hissəsində mutləq “Sürücü” yazmaqla e-mail ünvanına göndərə bilərlər.Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək. 

Ərizələrin son qəbul tarixi: 31 Aprel , 2024

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız