Quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator (Siyəzən rayonu)

Siyəzən

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək haqqı:3.84 azn/saatliq
  • Yeraltı təmirlə əlaqədar boşaltma işini həyata keçirtmək;
  • Yeraltı təmirlə əlaqədar boruların yerini dəyişdirmək;
  • Boru və ştanqları çeşidləmək;
  • Boru və ştanqları üst-üstə yığmaq;
  • Yeraltı təmirlə əlaqədar yükləmə işini həyata keçirtmək;
  • Yeraltı təmir işləri bitdikdən sonra quyu ətrafına sıçramış neft və yağ atqılarının üzərini torpaqla örtmək;
  • Təmirdən sonra quyunu yumaq;
  • İşçi meydançası və qəbul körpüsünün işləkliyini yoxlamaq;
  • Alət və avadanlıqların sazlığını yoxlamaq;
  • Tal sisteminin asılması, yığışdırılması işlərini görmək;
  • Tal blokunun, qarmağı asmaq və çıxarmaq;
  •  Dartıcı diyircəklərin, kranblok roliklərini və dartıcılarını dəyişdirmək;
  •  Tal blokun sazlığını yoxlamaq;
  •  Tal bloku yağlamaq;
  •  Tal bloku tellənmədən azad etmək;
  •  Tal kanatın sazlığını yoxlamaq;
  •  Tal kanatı yağlamaq;
  • Boruları parafindən və çirklənmədən yuyub təmizləmək;
  • Quyu dibi ətrafının işlənməsi prosesini aparmaq üçün hazırlıq işlərini görmək;
  • Quyuların təmirə hazırlanmasında takelaj, çilingər və torpaq işlərini görmək;
  • Verilmiş texnoloji prosesə uyğun olaraq səyyar qaldırıcı qurğunun və aqreqat avadanlığını yerləşdirmək və qurmaq;
  • Ştanqların asılması və boruların barmaq arxasına qoyulması üçün avadanlığı qurmaq və yoxlamaq; 
  • Pərsəng başlığının yana çevrilməsi üçün qurğunu yoxlamaq və nasazlığını aradan qaldırmaq; 
  • Quyuların saxlanılması üçün müxtəlif məhlulları hazırlamaq; 
  • Təmirdən əvvəl quyuların dayandırılması və boşaldılması prosesində iştirak etmək; 
  • Güc və külək dartıcılarının yerinin müəyyən etmək və qurmaq. 

Xüsusi tələblər

•İşçi meydançanın salınmasını;
•Boru kəmərlərinin istismar qaydalarını;
•Səyyar aqreqatların və qurğuların quraşdırılmasını;
•İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Hacıqabul

  • 400 AZN

Telegram kanalımız