Administrativ işlər üzrə köməkçi

Bakı

Norm
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin nəqliyyat vasitələrinin və avadanlıqlarının yanacaqla təmin edilməsi,
  • Yeməkxanadan istifadə edən işçilərin siyahısının hazırlanması və hesablamaların aparılması,
  • Tələb olunan mallar barədə siyahı hazırlanması, PR yaradılması və idarə edilməsi,
  • Şirkətin nəqliyyat vasitələrinin dövri və cari texniki xidmətinə nəzarət edilməsi,
  • Zavod ərazisinə lazımi miqdarda su sifarişi, ərazidə toplanmış tullantıların daşınmasının təşkil olunması,
  • Nəqliyyatın idarə edilməsi, sənədlərin çatdırılması və nəqliyyatla bağlı digər işlərin görülməsi,
  • Ofis sahəsinin təmizlənməsinin təşkili, 
  • Simsiz radio sisteminin idarə edilməsi, ehtiyac olduqda təmirə göndərilməsi,
  • Sifariş edilmiş ofis mallarının alınması və siyahı üzrə yoxlanılması, ofis mallarının işçilərə gündəlik paylanması,
  • Bütün nəqliyyat vasitələri üçün icazə kartlarının hazırlanması,
  • Xaricdən gələn qonaqların yaxınlıqdakı qəsəbədə yerləşdirilməsi və onların nəqliyyatla təchiz olunması,
  • İşçilərin avtobuslardan istifadəsi ilə bağlı işlərin idarə edilməsi, sərnişin sayının nəzərə alınmaqla, marşrutların optimallaşdırılması,
  • Podratçıların avtobuslardan istifadəsi üçün icazə kartlarının hazırlanması,
  • Ofis və inzibati binalarda istilik və soyutma sistemlərinə nəzarət və problemlər haqqında hesabat hazırlanması,
  • Fitness zalı, sarğı və ilk yardım məntəqəsində yaranan problemlərə nəzarət olunması və aradan qaldırması,
  • Xidmət avtomobillərinin yuyulma cədvəllərinin tərtib edilməsi və fəaliyyətə nəzarət edilməsi,
  • Xidmət avtomobilləri və avadanlıqları haqqında məlumatların dövri qeydlərinin (yürüş, istifadə, nasazlıq hesabatları) aparılması,
  • Administrativ bölmənin sənəd dövriyyəsinə ümumi nəzarət (bütün prosedur sənədləri, qəbul-ötürmə aktları və s.) edilməsi,
  • Subpodratçı təşkilatlardan şikayətlərin qeydiyyatı və onların müvafiq ünvanlara vaxtında göndərilməsi.

Xüsusi tələblər

  • Müvafiq və ya oxşar sahədə ali təhsil
  • MS office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı
  • Orta səviyyədə inglis dili biliyi
  • Əlaqədar sahə üzrə minimum 1-2 il iş təcrübəsi
  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik


CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 400 - 500 AZN

  • Xudat, Xaçmaz

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız