Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın və təmir işlərinin aparılması;
• Elektrik təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
• Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
• Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
• Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;
• Yeni elektrik qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;
• Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;
• Elektrik avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və alternativ təkliflərin verilməsi;
• Elektrik işlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması.

Xüsusi tələblər

• Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;
• Elektrik ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
• Müvafiq sahə üzrə (elektrik) 5 il təsdiqli iş təcrübəsi;
• Yaşayış və kommersiya ərazilərinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər;
• Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
• Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
• Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.

Müraciət üçün (CV): https://www.fmg.az/elektrik

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Laçın, Kəlbəcər, Ağdərə

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 800 AZN

 
  • Bakı

  • 700 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız